Zahir Məliklinin yeni kitabı çap olunubbackend

Zahir Məliklinin yeni kitabı çap olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”O və yerdə qalanlar\” adlanan kitabda vətənpərvərlik, yurda və soykökünə bağlılıq aşılayan yazılar cəmlənib. Bu yazılar təbiiliyi, mövzu rəngarəngliyi, səmimiyyəti ilə diqqəti cəlb etdiyindən oxucuların böyük marağına səbəb olacağına inanırıq. Əslində kitabda verilən yazıların əksəriyyəti müəllif tərəfindən sosial şəbəkələrdə paylaşılmış və bu auditoriyada bəyənilmiş, paylaşılmışdı.

Zahir Məliklinin \”O və yerdə qalanlar\” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Redaktor və ön söz müəllifi Qulu Ağsəs olan kitab 4 bölmədən ibarətdir. Birinci bölmə \”Gəzməyə. ..Vətən yaxşı\” adlanır. Bu bölmə Azərbaycanımızın Cənub hissəsinə həsr olunub. Bölmədəki birinci geniş yazı \”Sular səltənətində dörd gün\” adlanır və Savalan, onun düz ətəyində yerləşən möcüzəvi Səreyn şəhəri və ətraf ərazilərin bu günü və tarixi barədə səfər təəssüratlarıdır. Bu bölmədə \”Qaya adamlar və adam qayalar\” adlı digər yazı Cənubi Azərbaycanın Kapadokiyası və ya Amerikanın Dokatası kimi dünyanın 3 ən möcüzəli yaşayış mərkəzlərindən biri olan Təbriz yaxınlığındakı Kəndovan kəndinə həsr olunub. 3-cü yazı – \”Təsbeh alanda eşitdik ki, bizi qırıblar….\” yazısı rusların bilərəkdən sərhəd tellərini qıraraq əyalətdə yaşayanların fikrini yayındıraraq Bakıda 20 yanvar qırğınını törətməsinə həsr olunan çox uğurlu bir yazıdır.

\”Ömür dedikləri…\” adlanan ikinci bölmə əslində müəllifin özünün iştirak etdiyi həyat hekayələrindən ibarətdir.

Üçüncü bölmə -\”Narahat ruhlar və qəribə talelər\” Yardımlı əsilli 6 insanın qəribə həyat hekayələridir.

Dördüncü bölümdə yer alan \”Yerlə göy arasında\” yazısı müəllifin çapa hazırlanan \”Yerlə göy arasında. Ruhumun kitabı\” kitabından kiçik bir hissədir.

Qeyd edək ki, kitabda istifadə olunan foto və rəsmlər müəllifə məxsusdur.

İnterpress.az