Zəlzələ nəticəsində xəsarət alanların sayı açıqlandıbackend

Zəlzələ nəticəsində xəsarət alanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Şamaxıda baş verən zəlzələ ilə bağlı təcili yardıma 30 müraciət daxil olub.

İnterpress.az xəbər verir ki, bu barədə \”Report\”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, fevralın 5-dən 6-na keçən gecə Şamaxıda xəstəxana gücləndirilmiş rejimdə çalışıb: \”Bölgədə 6 təcili tibbi yardım briqadası işləyib. Təcili yardıma 30 müraciət olub, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmotologiya şöbəsində lazımı yardım göstərilib. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib\”.

Nazirlikdən bilidirilib ki, 1 nəfər cavan adamın həyacandan dili tutulub: \”Həmin şəxs də yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. 58 yaşlı bir şəxsin həyacandan beyninə qan sızıb və reanimasiya şöbəsində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir\”.

İnterpress.az