Qurban Yetirmişli zəlzələ baş verən əraziyə getdibackend

Qurban Yetirmişli zəlzələ baş verən əraziyə getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Fevral ayının 5-də saat 23:31-də İsmayıllı rayonu ərazisində baş verən zəlzələnin afterşokları hələ davam edir\”.

Bu barədə İnterpress.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən daxil olan məlumatda deyilir.

Bildirilib ki, axırıncı iki afterşok hiss olunmayıb: \”Son iki afterşokun maqnitudası 3-dən yuxarı olub. Hazırda afterşoklar davam edir, hiss olunan və olunmayan afterşoklar ola bilər\”.

Məlumatda deyilir ki, Xidmətin baş direktoru Qurban Yetirmişli ərazidə baxış keçirdiyi üçün Şamaxıya yollanıb.

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, 05.02.2019-cu il tarixində saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

İnterpress.az