Sabir Rüstəmxanlı bəyanat yaydıbackend

Sabir Rüstəmxanlı bəyanat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı Abbas Lisani ilə bağlı bəyanat yayıb.

İnterpress.az xəbər verir ki, bəyanatda deyilir:

\”Abbas Lisaniyə Azadlıq!

Tanınmış milli-mədəni fəal Abbas Lisani Azərbaycan türklərinin demokratik və milli hüquqları uğrunda apardığı dinc mübarizəyə görə yenidən 10 ay həbs cəzasına məhkum edib. Aclıq aksiyası keçirən fəalın ailəsinə onunla görüşmək icazəsi verilmir.İndiyə qədər İranın təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə zindanda ən çətin şəraitdə saxlanan, işgəncələrə məruz qalan mübariz və dönməz azərbaycanlı Abbas Lisaninin sağlıq durumu narahatlıq doğurur. Azərbaycan türklərinin dilini, mədəniyyətini əlindən alıb, uşaqlarına ana dilində ad qoymağı yasaqlayır, tarixini saxtalaşdırır, sərvətlərini talayır və duzlaşdırır. Son illər Güney Azərbaycanda milli özünüdərk prosesi sürətlənib və bu rejimi qorxuya salıb. Dini rejim öz hüquqlarını müdafiə edən millətə qarşı orta əsirlərin cəhalət zülmlərindən fərqlanməyən şəkildə divan tutur. Milli fəalların daş-qallaq edilməsi, asılması, min cür cismani təhqirlərə, təqiblərə məruz qalması göstərir ki, bu rejim hələ 21-ci əsrə gəlib çatmayıb. Amma hər gecənin bir səhəri, hər zülmün bir sonu var. İran rejimi də istisna olmayacaq. Bu gün Vətənin Güneyində baş verənlər dünyaya səpələnmiş bütün azərbaycanlıları narahat edir. Biz bbas Lisani və onunla birgə haqsız yerə həbs olunanların dərhal azadlığa buraxılmasını, Azərbaycan türklərinin milli, siyasi və iqtisadi tələblərinin yerinə yetirilməsini istəyirik . Dünya ictimaiyyətini və beynəlxalq təşkilatları da rejimin qeyri-insani siyasətinə etiraz etməyə çağırırıq\”.

Sabir Rüstəmxanlı bəyanat yaydı

İnterpress.az