Ramil Usubov Şirvanda vətəndaş qəbulu və sıra baxışı keçirəcəkbackend

Ramil Usubov Şirvanda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 23-də Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər və rayonlarının sakinlərini Şirvan şəhər Polis şöbəsində qəbul edəcək.

DİN-in mətbuat xidmətindən \”İnterpress.az\”a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Qəbul başa çatdıqdan sonra nazir Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə, habelə mülki işçi vəzifələrinə (polisə ictimai dəstək) işə qəbulla bağlı Şirvan şəhər Polis şöbəsində sıra baxışı keçirəcək.

Sıra baxışında ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, yuxarıda göstərilən rayonlarda yaşayış yeri üzrə daimi qeydiyyatda olan və \”Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə\” ilə müəyyən edilmiş şərtlərə cavab verən, Azərbaycanın kişi vətəndaşları iştirak edə bilərlər.

Sıra baxışına gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq.

Polisə ictimai dəstək əməkdaşı vəzifələrinə işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq.

Kompyuter avadanlıqları ilə işləmək qabiliyyətinə malik, xarici dillərdən birini (əsasən ingilis dili) sərbəst bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.

İnterpress.az