Sumqayıtda 200-dən çox yeni avtobus xəttə buraxılıbbackend

Sumqayıtda 200-dən çox yeni avtobus xəttə buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda 200-dən çox Türkiyə istehsallı avtobus marşrut xətlərinə buraxılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Sumqayıtda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirilib.

Qeyd olunub ki, ölkə rəhbərinin yaxından köməyi sayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədilə xırda tutumlu, istismara yararsız, ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələri xətlərdən çıxarılıb, sərnişinlərin rahatlığı üçün Türkiyə istehsalı olan 206 ədəd sərnişin avtobusu gətirilərək marşrut xətlərinə buraxılıb.

Həmçinin il ərzində müasir tipli yeni dayanacaqların quraşdırılması işləri davam etdirilib.

İnterpress.az