Rusiya klubunun futbolçusu təcavüzdə ittiham olunurbackend

Rusiya klubunun futbolçusu təcavüzdə ittiham olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın \”Yenisey\” klubunun futbolçusu Babakar Sarr təcavüzdə ittiham olunur.

İnterpress.az report-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bunun üçün fevralın 14-də Norveçdə məhkəmədə iştirak etməlidir. Hazırda həmin işin istintaqı davam edir.

Seneqallı oyunçu daha öncə iki dəfə bu səbəbdən ittiham edilib. Lakin hər iki halda onun təqsirli olduğu sübuta yetirilməyib

Bildirilib ki, son hadisə keçən ilin noyabrında Oslo şəhərindəki oteldə baş verib. Sarr ilə yanaşı otaqda başqa bir kişi və iki qadın olub. Həmin ayın 26-də futbolçu polis tərəfindən saxlanılıb və onun sorğusu 12 saat davam edib.

Ötən ilin avqustunda da seneqallı oyunçunun təcavüz söz-söhbətləri ortaya çıxıb. O məhkəmədən bəraət alsa da, zərərçəkmiş tərəfə kompensasiya ödəmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Babakar Sarr \”Yenisey\”ə ötən ay Norveç \”Mölde\”sindən transfer olub.

İnterpress.az