Azərbaycanlı jurnalist “erməni soyqırımı qurbanları” abidəsini ziyarət etdibackend

Azərbaycanlı jurnalist “erməni soyqırımı qurbanları” abidəsini ziyarət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda səfərdə olan Azərbaycanın “Turan” informasiya agentliyinin redaktoru Şahin Hacıyev “erməni soyqırımı qurbanları”nın abidəsini ziyarət edib.

İnterpress.az-ın erməni mətbuatına istinadən məlumatına görə, işçi qrupu ilə birlikdə Ermənistana səfərə gedən Ş.Hacıyev ölkənin bir neçə rəsmi şəxsləri ilə də görüş keçirib. O, Ermənistan prezidentinin müşaviri Tevan Poqosyanla görüşü zamanı müsahibə alıb. Poqosyan isə sosial şəbəkədə Ş.Hacıyev ilə şəklini paylaşıb və azərbaycanlı jurnalist tərəfindən sözlərinin təhrif edilməyəcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin səfəri Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən akkreditasiya yolu ilə həyata keçirilib.

Xatırladaq ki, “Turan” xəbər agentliyi fevralın 5-də jurnalistin Ermənistana səfəri barədə məlumat yayıb.

İnterpress.az