AMEA-da struktur islahatları aparılır, islahat paketi hazırlanırbackend

AMEA-da struktur islahatları aparılır, islahat paketi hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Milli Elmlər Akademiyasında struktur islahatları gedir”.

İnterpress.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, hazırda akademiya islahatlar paketini hazırlayır: “Paketdə müxtəlif struktur dəyişikliyi olması nəzərdə tutulub”.

\”Ədəbiyyat İnstitutu ilə Dilçilik İnstitutunun birləşdirilməsi ilə bağlı yayılan məlumatlar doğrudurmu?\” – sualına cavabında isə İ.Həbibbəyli hansı struktur dəyişikliyi olması barədə əvvəlcədən məlumat vermək istəmədiyini deyib.

İnterpress.az