Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Rayonlarda baş verən zəlzələnin Bakıda hiss olunmasının SƏBƏBİ

Rayonlarda baş verən zəlzələnin Bakıda hiss olunmasının səbəbi bilinib.

Dərc edilib: 6 fevral 2019 [17:15]
Baxış sayı: 10400

"İsmayıllıda 6 bal gücündə baş verən zəlzələ orta güclü yeraltı təkandır".

İnterpress.az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, dünənki zəlzələ Bakının Xətai, Yasamal, Nəsimi rayonlarında hündürmərtəbəli binalarda hiss edilib.

Q.Yetirmişli zəlzələnin Bakının bütün ərazisində hiss edilməməsini onun mürəkkəb geoloji quruluşu ilə əlaqələndirib:

"Bakının geoloji quruluşu çox mürəkkəbdir. Buna görə də eyni layihə ilə tikilən binanın bir hissəsi 1 bal, digər hissəsi başqa bala uyğun gəlir. Buna görə də Bakıda tikinti aparılan hər bir ərazinin seysmikliyi dəqiqliklə müəyyən edilməlidir".

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 164