Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Dərc edilib: 7 fevral 2019 [10:19]
Baxış sayı: 8194

Gəncə şəhərində piyadanı vuraraq ona xəsarət yetirən sürücü saxlanılıb.

Bu barədə İnterpress.az-a DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, fevralın 6-da Gəncə şəhər sakini S. Atakişiyevanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə məlumat daxil olub.

Məlumat ilə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla onun şəhər ərazisində yolu keçərkən avtomobillə vurulması müəyyən edilib.

Gəncə şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz şəhər” xidmətinin və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-2107” markalı avtomobillə törədilməsi müəyyən edilib. Qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Gəncə şəhər sakini Elmir Veridiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 147