| |||||
"Barselona" - "Real Madrid" oyunu heç-heçə başa çatıb | |||||
"Barselona" - "Real Madrid" oyunu heç-heçə başa çatıb. |
|||||
|
|||||
![]() Futbol üzrə İspaniya Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib. İnterpress.az-ın məlumatına görə, "Nou Kamp" stadionunda "Barselona" və "Real Madrid" komandaları üz-üzə gəlib. Görüş heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 6-cı dəqiqədə qonaq komandadan Lukas Vaskes açıb. 57-ci dəqiqədə isə Malkom meydan sahiblərinin bərabərlik qolunu vurub. "Barsa"nın kapitanı Lionel Messi 63-cü dəqiqədən sonra oyunda olub. Argentinalı hücumçu La Liqanın ötən turunda "Barselona" ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə zədələndiyi üçün start heyətdə yer almayıb. Qeyd edək ki, digər yarımfinal matçı bu gün "Betis" və "Valensiya" arasında olacaq. Cavab qarşılaşmaları 27-28 fevralda keçiriləcək. İnterpress.az |
|||||
|
|||||
|