Bu il türkdilli ölkələrin diasporalarının forumu keçiriləcək – Abdullah Erenin EKSKLÜZİV AÇIQLAMASIbackend

Bu il türkdilli ölkələrin diasporalarının forumu keçiriləcək – Abdullah Erenin EKSKLÜZİV AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) rəhbəri Abdullah Eren bir neçə sualları cavablandırıb. O, saytımıza özəl açıqlamasında Türkiyə-Azərbaycan münasibətlərinin bütün sahələrdə inkişaf etdiyini deyib. YTB rəhbəri Türkiyədə yaşayan azərbaycanlıların bütün problemlərinin daim diqqət mərkəzində olduğunu qeyd edib. Bildirib ki, azərbaycanlılar Türkiyədə öz Vətəni kimi yaşayırlar.

\”Ötən il Ankarada Tükdilli Ölkələri Birliyinin konfransı keçirildi. Azərbaycan və Türkiyə diasporunun birgə fəaliyyət göstərməsi üçün protokol imzalandı. Konfransda o konfransda türkdilli xalqların diaspor rəhbərləri də iştirak edirdi. O zaman Azərbaycan və Türkiyənin Diaspor Komitələri ilə protokol imzalandı. Bu protokol hər iki ölkənin diaspor təşkilatlarının əlaqələrinin genişləndirilməsi, əməkdaşlıq məsələlərinin artırılmasına xidmət edirdi”.

İnterpress.az xəbər verir ki, bunu Diasporpress.az-aözəl açıqlamasında Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) rəhbəri Abdullah Eren deyib. Onun sözlərinə görə, bu, ölkə xaricində yaşayan türklər birləşəcəyi və birlik nümayiş etdirəcəyi deməkdir.

\”Biz ötən il Azərbaycanın DİDK-nin sədri Fuad Muradovla görüşdük. Görüş zamanı bir neçə müzakirələr apardıq və həmyerlilərimizin xarici ölkələrdə problemsiz yaşamaları üçün bəzi təklif irəli sürdük. Burada bir məsələni qeyd edim ki, təbiidir ki, xaricdə yaşayan Azərbaycan və Türkiyənin vətəndaşları eyni yerlərdə elə də çox deyil. Misal üçün, Rusiyada 2 milyon azərbaycanlı olduğu halda, türkiyəlilərin sayı çox azdır. Gürcüstanda 500 min azərbaycanlı yaşayır, amma türkiyəli demək olar ki, yoxdur. Avropada isə 5 milyon türkiyəli olduğu halda, isə azərbaycanlıların sayı azdır. Ona görə də biz istədik ki, əməkdaşlığımızı gücləndirək və xaricdə yaşayan azsaylı həmyerlilərimizin olduğu ölkələrdə də onların yanında olaq. Artıq bu fəaliyyətə başlanılıb. Azərbaycanlıların az olduğu ölkələrdə Türkiyə diasporları, türkiyəlilərin az olduğu ölkələrdə isə Azərbaycanın diaspor təşkilatları türklər üçün birgə fəaliyyət göstərir”.

Bu il türkdilli ölkələrin diasporalarının forumu keçiriləcək – Abdullah Erenin EKSKLÜZİV AÇIQLAMASI

\”Türkiyə istər iqtisadi, istərsə də siyasi cəhətdən nə qədər güclənirsə, bu, Azərbaycanın da güclənməsi deməkdir”

A.Eren Azərbaycanın Dağlıq Qarabağ problemindən və Xocalı həqiqətlərindən danışıb. O qeyd edib ki, Türkiyə hər zaman bu məsələlərdə Azərbaycanın yanındadır: \”Biz Azərbaycan həqiqətlərini hər zaman qardaş ölkənin xalqı olaraq dərk etmişik və Azərbaycan xalqına qarşı zaman-zaman törədilən vəhşilikləri də bilirik. Türkiyə istər iqtisadi, istərsə də siyasi cəhətdən nə qədər güclənirsə, bu, Azərbaycanın da güclənməsi deməkdir. Çünki biz qardaş ölkələrik. Bizim uğurlarımız hər zaman bir millətin və iki dövlətin adına yazılır. Azərbaycanın ən böyük problemlərindən biri olan Dağlıq Qarabağ problemi də eyniilə Türkiyənin problemi kimidir. Bizim birlikdə gücümüz daha yaxşı olacaq və güc birlikdə olarkən \”Qondarma erməni soyqırımı” deyə qışqıranların səsləri də batacaq. Onsuz da Qarabağ mövzusunda həqiqətin əsl mahiyyətinin nə olduğunu bilən dünya da həqiqəti qəbul etməyə məcbur olacaq”.

\”Türk millətinin nümayəndələri birlikdə gücləndikcə gözəldir”

Bu il türkdilli ölkələrin diasporalarının forumu keçiriləcək – Abdullah Erenin EKSKLÜZİV AÇIQLAMASI

YTB rəhbəri xarici ölkələrdə yaşayan türkiyəli və azərbaycanlılara müraciət edib: \”Xaricdə yaşayan həmvətənlərimizin əməkdaşlıq fəaliyyətlərinin gücləndirilməsini ümid edirəm. Çünki eyni millətin – türk millətinin nümayəndələri birlikdə gücləndikcə gözəldir. Birlik nümayiş etdirmək isə düşməni hər zaman qorxuya salan göstəridir”.

\”Türkdilli ölkələrin diasporalarının forumu keçiriləcək”

A.Eren özəl açıqlamasında daha bir eksklüziv məlumatı bildirib. O qeyd edib ki, bu il Türkiyədə türkdilli ölkələrin diasporalarının forumu keçiriləcək: \”Bilirsiniz ki, xarici ölkələrdə 6.5 milyon türkiyəli yaşayır. Azərbaycanın 5 milyon, Qazaxıstanın 4 milyon, Qırğızıstanın da 1 milyon diasporası var. Türkdilli ölkələrin diasporalarının forumu 2013-cü ildə Azərbaycanda keçirilib. Ondan sonra isə keçirilməyib. Bu il foruma ev sahibliyini Türkiyə edəcək. Forumda 50-dən çox ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri və 600-dən çox diaspor nümayəndəsinin iştirak edəcəyi gözlənilir. Bu da ümumilikdə, forum 15 milyona yaxın türkü əhatə edəcək forumu deməkdir”.

İnterpress.az