Necati Şaşmaz 6 ay xanımına yaxınlaşmayacaqbackend

Necati Şaşmaz 6 ay xanımına yaxınlaşmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Kurtlar Vadisi\” serialı ilə şöhrət qazanan Necati Şaşmaz ayrıldığı xanımı Nagehan Şaşmaza 6 ay yaxınlaşa bilməyəcək.

İnterpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İstanbul Anadolu Ailə Məhkəməsi Nagehanın müraciətindən sonra belə bir qərar çıxarıb.

Aktyorun xanımı boşanma müddətində ailənin qorunması və qadına qarşı şiddətin qarşısını almaq üçün qanuni tədbirin görülməsini tələb edib.

Qərara görə, Necati Şaşmaz xanımını təhdid, təhqir etməyəcək, 6 ay müddətində onun iş yerinə, yaşadığı evə yaxınlaşmayacaq.

İnterpress.az