Koçaryan həbsdə qaldıbackend

Koçaryan həbsdə qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Apelyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın həbsdən azad olunması ilə bağlı müraciəti təmin etməyib.

İnterpress.az Trend-ə istinadən xəbər verir ki, məhkəmə R.Koçaryanın vəkillərinin ərizələrini qəbul etməyib və sabiq ölkə rəhbərinin həbsdə saxlanması barədə qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürmüş, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi. Lakin Ermənistan Apelyasiya Məhkəməsi R.Koçaryanın sabiq prezident toxunulmazlığna əsaslanaraq avqustun 13-də onun həbsdən azad edilməsi barədə qərar qəbul etmişdi.

İnterpress.az