“Anomal hava kənd təsərrüfatına ziyan vurur”backend

“Anomal hava kənd təsərrüfatına ziyan vurur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə müşahidə olunan anomal hava kənd təsərrüfatına, əsasən də bitkiçiliyə öz mənfi təsirini göstərə bilər.

İnterpress.az xəbər verir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Pərviz Hacıyev deyib.

P.Hacıyevin sözlərinə görə, hazırda belə anomal hava şəraiti dünyanın bir çox yerlərində müşahidə olunur:

\”Əslində təkcə Azərbaycanda deyil, bütün dünyada iqlim şəraitində anomallıq özünü göstərir. Əlbəttə, bunun kənd təsərrüfatı sahəsinə də mənfi təsiri olacaq. Ötən il də yanvar və dekabr aylarında yağıntı az oldu, hava şəraiti çox mülayim keçdi, bu səbəbdən də müəyyən dərəcədə kənd təsərrüfatında problemlər yarandı. Mart ayının sonları, aprel ayında yağış və külək məhsuldarlığın azalmasına gətirib çıxardı\”.

Mütəxəssis qış aylarında havanın mülayim keçməsinin bitkiçiliklə yanaşı, meyvəçiliyə də ziyan vurduğunu bildirib:

\”Mülayim hava ağacların erkən çiçəklənməsinə səbəb olur. Lakin sonradan yaz aylarının soyuq keçməsi həmin çiçəklərin məhv olmasına gətirib çıxarır\”.

P.Hacıyevin sözlərinə görə, belə hava şəraiti sahə və meyvə bağlarında zərərvericilərin və xəstəliklərin yayılmasına da şərait yaradır.

İnterpress.az