Dağlıq Qarabağda itkin düşən şəxslərin sayı açıqlanıbbackend

Dağlıq Qarabağda itkin düşən şəxslərin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Hazırda bizdə olan məlumata görə, Dağlıq Qarabağ münaqişəsi zamanı müxtəlif millətlərin nümayəndəsi olan 4500 nəfər itkin düşüb\”.

İnterpress.az xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin ( BQXK ) İtkin düşən şəxslərlə iş proqramının koordinatoru Daniel Messerli deyib.

O bildirib ki, həmin şəxslərdən 3800 nəfəri BQXK-nin Bakı nümayəndəliyi tərəfindən qeydə alınıb: \”Qalanları isə Yerevan nümayəndəliyi və Dağlıq Qarabağ missiyası tərəfindən qeydə alınıb. İtkin düşən şəxslərin 80%-i hərbçilərdir\”.

D.Messeri əlavə edib ki, BQXK həyata keçirdiyi bütün layihələri müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır: \”Toplanan məlumatlar Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınır. Gələcəkdə eksqumasiya zərurəti yaranarsa həmin baza məlumatlarından istifadə ediləcək\”.

İnterpress.az