Parisdən daha bir hücum xəbəri – VİDEO – YENİLƏNİBbackend

Parisdən daha bir hücum xəbəri – VİDEO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parisdə insident törədənlərin kimliyi açıqlanıb.

Barəsində axtarış elan olunanlar 1988-ci il təvəllüdlü qız Hayat Bumeddyen (Hayat Boumeddiene) və qara dərili kişi Amedi Kulibalidir (Amedy Coulibaly). Bu şəxslər haqqında istənilən məlumata malik olan vətəndaşlardan dərhal Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaları xahiş olunub.

Qeyd edək ki, mağazada baş verən girov götürmə cəhdi zamanı 2 nəfər ölüb.

Parisdən daha bir hücum xəbəri - VİDEO - YENİLƏNİB

17:00
***
İnterpress.az xəbər verir ki, daha bir hücum xəbəri paytaxtın şərqindən gəlib. Marketə girən silahlı şəxs bir nəfəri yaralayıb, 6 nəfəri girov götürüb.

Şahidlər içəridən silah səsi gəldiyini bildirib. Marketə hücum edən silahlı şəxsin Kuaşi qardaşları ilə əlaqəsi olduğu bildirilir.

Hadisə barədə əlavə məlumat veriləcək.

İnterpress.azhttps://youtube.com/watch?v=q1JHvq-ACOo