Sevgisizlikdən bükülənə əyilmək…backend

Sevgisizlikdən bükülənə əyilmək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev təbii fəlakət zonasında oldu. Şamaxıda insanlarla görüşdü, problemlərlə maraqlandı. Bəzən xırda problembləri belə üzə çıxarıb göstərmək üçün bir zəlzələ gərəkir hamımıza. Mənə elə gəldi ki, nəinki Şamaxıda, ümumilikdə digər bölgələrimizdə də Prezidentin bilməli olduğu amma üzə çıxarılmayan məsələlərin çözülməsi mərhələsinə strat verilib bu səfərlə. Çoxdan gözlənilən addımlardır, təbii ki, mane olmasalar…

Şamaxı görüşündən mediaya təqdim olunan fotolar arasında diqqətimi biri çəkdi. Ahıl nənənin əlini sıxdı, ona sarı əyilib, boynunu qucaqladı Prezident. Və bu jest qarşılıqsız qalmadı. Gülüş, təşəkkür, sevgi və minnətdarlıq… Evi dağılmış, hələ bundan sonra nə olacağını bilməyən adamlar çox xoşbəxt görünürdülər, lap çox…Əslində bu da çoxdan gözlənilən idi. Xoşbəx insan tablosu çoxdandır çəkilmirdi məmləkətdə.

Sevgisizlikdən bükülənə əyilmək…

Bir də axı Prezidentli, vətəndaşlı biz bu qədər böyük sevə biliriksə, niyə bir-birimizi incidək ki?..

Niyə psixoloji travmalı adamların, Vidadinin, Orduxanın, aylar oncə qardaşını xəstə adlandırıb, indi üzərindən xaricdə pul qazanan Eminin dəyirmanına su tökək ki?..

Niyə bizdən neft, qaz almaq zorunda qalan, pulunu ödədiikdən sonra, qazancımızı bizim və dövlətimizin əlindən yırtcı kimi qamarlamaq istəyən Qərbin, Avropanın və onların Azərbaycandakı təhdid, ölüm, söyüş “maşınlarının”, fəaliyyəti riya dolu “müxalifətin” yanında olaq?..

Onlar mübarizə aparaq yox, dağıdaq deyir. Dağıdaqmı?!..

Onlar gəlin düzəldək yox, öldürək deyir. Öldürəkmi?!..

Onlar gəlin tələb edək yox, söyək deyirlər. Söyəkmi?!..

Onlar sevək yox, sataq deyir. Sataqmı?!..

Sevgisizlikdən bükülənə əyilmək…

Bir məmləkəti, qanımız, canımız, sağlamlığımız, hər şeyimiz bahasına qurub didinə-didinə bu günlərəcən gətirib çıxardığımız VARımızı yox edəkmi?! Onlara baş qomşağa, yanlarında durmağa, dəyəmi, dəyməz!
Ancaq yenə də dəyər deyən varsa, əlimdən sayğı duymaqdan başqa nəsə gəlməz. Bu sayğının içində bir hayqırtı, yazqlaşma, qorxu, bir sevgi var. İtirdiyimiz İNSANa görə sevgi.

Əslində bütün mübarizələrin pul, mənsəb, mənfəət üstündə getdiyi təəsüratı var hamımızda. bizıdı bütün iş və dış davaların. Ziddinə varsaq, təəssüflə deyim ki, danmaq da olmaz, amma bu aşağıların, məsələn, bir şamaxılının iddiası deyil. Onun iddia etdiyi şey, “məni sayın, sevin, yada salın”dır. Etiraf edək ki, burda, yəni aşağılara münasibətdə danılmaz, ağrılı məqamlar var. Məsuliyətsə dövlətlə, vətəndaş arasında körpü olan, icra başçılarının üzərinə düşür. O mənada ki, Azərbaycan dövlətinin əksəriyyətini təşkil edən aşağılar, rayonlar, kənndlər, qəsəbələrdir. Dövlətin ayaq üstə durmasını istəyiriksə, məhz o təbəqə hamıdan razı qalmalıdır. Razıdırmı? Hələlik cavab qənaətbəşx deyil. Amma Prezidentdən gələn davamlı jestlər dövlətlə əyalətdəki vtəndaş arasında buzları mütləq əridəcək. Çünki sevgisizlikdən bükülən adamlara əyilmək, ən böyük UCALIĞI qazanmaqdır…

Jalə Mütəllimova