Ötən il axtarışda olan 30 nəfər tutularaq ölkəyə ekstradisiya olunubbackend

Ötən il axtarışda olan 30 nəfər tutularaq ölkəyə ekstradisiya olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin xarici ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığı nəticəsində Daxili İşlər Nazirliyi ilə birlikdə ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 30 şəxsin tutularaq ölkəyə ekstradisiyası həyata keçirilib, istintaqı aparılan cinayət işləri üzrə hüquqi yardım haqqında istintaq tapşırıqlarının icrası təmin edilib.

İnterpress.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, hesabat dövründə Baş Prokurorluğun Daxili İşlər Nazirliyi və digər əməliyyat qurumları ilə həyata keçirdiyi birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 159 qəsdən adam öldürmə cinayətlərindən 153 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş və əksəriyyəti xüsusilə ağır cinayətlər olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 69 hadisənin isti izlərlə açılması təmin olunub. Qeydə alınmış 71 qəsdən adam öldürməyə cəhd cinayətlərindən 70 hadisənin açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 98,6 faiz təşkil edib.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində respublikada böyük ictimai rezonansa səbəb olan bir sıra cinayət işlərinin istintaqı müvəffəqiyyətlə aparılması diqqətə çatdırılıb. Bu işlər sırasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş terror aktı, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, terrorçuluq və sair xüsusilə ağır cinayət əməlləri törətdiklərinə görə istintaq edilən iş üzrə ümumilikdə 29 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib, həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunmaqla hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İnterpress.az