Bakıda qadın kütləvi davaya səbəb oldu — Ölən varbackend

Bakıda qadın kütləvi davaya səbəb oldu — Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeronda qətl törətməkdə təqsirləndirilən Fəxri Şahbazlının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İnterpress.az “Ölkə.Az”a istinadən xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən il iyulun 18-də Abşeron rayonu Hökməli kəndi ərazisindəki \”At yalı\” yaşayış massivində baş verib. Firma işçiləri olan F.Şahbazlı və digər iş yoldaşları su filtri satıb, evə qayıtmağa hazırlaşdıqları vaxt ərazidə yaşayan bir neçə gənc onlara yaxınlaşaraq söz atıb. Həmin gənclərin firma işçiləri olan qadınlara söz atması isə kütləvi davaya səbəb olub.

Hadisə zamanı firma işçisi, Bakı şəhər sakini 27 yaşlı F.Şahbazlı avtomobilində olan deşici alətlə 24 yaşlı Fərid Qurbanovu vurub. F.Qurbanov çoxlu qan itirdiyi üçün xəstəxanada dünyasını dəyişib. Cinayəti törədən şəxs isə saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

İnterpress.az