DAK üzvləri Mübariz İbarhimovun ailəsini ziyarət etdibackend

DAK üzvləri Mübariz İbarhimovun ailəsini ziyarət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin üzvləri Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar onun ailəsini ziyarət edib.

Bu barədə İnterpress.az-a DAK-ın Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DAK-ın Azərbaycan nümayəndəliyinin üzvləri M.İbrahimovun ailəsini ziyarət edib. Milli Qəhrəmanın atası Ağakərim İbrahimovla görüşən DAK heyəti Mübarizin örnək şücayəti, igidlik hekayəti ilə bağlı söhbət aparıblar. DAK İdarə Heyətinin üzvü İsmayıl Ağayev çıxış edərək, Mübarizin qəhrəmanlığından söz açıb, onun Azərbaycan gənclərinə nümunə olduğunu qeyd edib. İ.Ağayev bildirib ki, Mübarizin sürdüyü qısa, amma şərəfli həyatı, göstərdiyi şücayət bundan sonra da cəmiyyətimizdə milli ruhun yüksəlməsinə, vətənpərvərliyin inkişafına işıq salacaq.

İnterpress.az