Yoxa çıxan futbolçunun meyiti tapıldıbackend

Yoxa çıxan futbolçunun meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinalı futbolçu Emiliano Salanın mindiyi təyyarə radardan itmişdi və La- Manş boğazına düşən təyyarənin qalıqları çıxarılıb.

İnterpress.az “Ölkə.Az”a istinadən xəbər verir ki, təyyarədəki meyitin futbolçu Salaya məxsus olduğu açıqlanıb.

İngiltərənin Dorset polisinin verdiyi açıqlamada bildirilir ki, dənizdən çıxarılan meyitin futbolçuya aid olduğu rəsmən təsdiqlənib.

Qeyd edək ki, təyyarə Fransadan 22 yanvar tarixində havaya qalxıb. La-Manş üzərində təyyarə radarlardan itmişdi. Sala və pilotun öldüyü ehtimal edilirdi. 3 fevral tarixində təyyarənin qalıqlarının yeri müəyyən edildi və meyitin çıxarılması üçün işlərə start verildi.

Qeyd edək ki, Sala “Cardiff City” klubu ilə 15 milyon funt sterlinqlik müqavilə imzalamışdı.

İnterpress.az