Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bir xəstə inəyi kəndliyə 2500 manata sırıyan Nazirliyin ÖZÜNÜMƏŞĞULLUQ BİZNESİ - İFŞAEDİCİ VİDEO

Özünəməşğulluq proqramı üzrə mal-qara ilə müjdələnən vətəndaşa xəstə heyvanlar verilib.

Dərc edilib: 8 fevral 2019 [13:58]
Baxış sayı: 17956

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı çərçivəsində hələ də korrupsiya fəaliyyətini davam etdirir.

İnterpress.az xəbər verir ki, vətəndaşlardan Demokrat.az-a daxil olan saysız-hesabsız müraciətlər də bunu sübut edir.

Belə şikayətlərdən biri isə Oğuzun Xaçmaz kənd sakini Elçin Mənsimov tərəfindən redaksiyamıza göndərilib.

Şikayətçinin bizə göndərdiyi video və foto materiallardan da aydın görünür ki, ortada ciddi korrupsiya faktları mövcuddur.

Çox təəssüflər olsun ki, bu barədə dəfələrlə edilən şikayətlərə baxmayaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev hələ də mövcud problemlərin aradan qaldırılmasına nail ola bilməyib.

Şikayətçi Elçin Mənsimov biz göndərdiyi müraciətində qeyd edir ki, onun iştirakı olmadan 2 baş iribuynuzlu xəstə heyvan 5 min manat dəyərində qiymətləndirilməklə məcburi ona təqdim edilib.

Daha sonra şikayətçi deyir ki, sözügedən heyvanlar xəstədir və körpə balaları olub:

"Nazirliyin bu işlə məşğul olan dələduz adamları həmin balalı heyvanları bir-birindən ayıraraq, balasıənı da başqa adamlara satırlar. Təsəvvür edin ki, bir xəstə inəyi mənə 2500 manata verirlər. Halbuki, bu pula 3 baş iribuynuzlu sağlam heyvan almaq olar. Mən bununla bağlı ölkə Prezidentinə, Ombudsmana və Prokurorluğa da şikayət göndərmişəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları bu qədər açıq korrupsiya əməlləri ilə məşğul olurlar".

Şikayətçinin redaksiyamıza göndərdiyi video və foto materialları da təqdim edirik. Videodan da göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Orxan adlı əməkdaşı vətəndaşın onu ifşa edən görnütüsünü çəkməsinə etirazını bildirir.


Bir xəstə inəyi kəndliyə 2500 manata sırıyan Nazirliyin ÖZÜNÜMƏŞĞULLUQ BİZNESİ - İFŞAEDİCİ VİDEO

Bir xəstə inəyi kəndliyə 2500 manata sırıyan Nazirliyin ÖZÜNÜMƏŞĞULLUQ BİZNESİ - İFŞAEDİCİ VİDEO

Bir xəstə inəyi kəndliyə 2500 manata sırıyan Nazirliyin ÖZÜNÜMƏŞĞULLUQ BİZNESİ - İFŞAEDİCİ VİDEO

Bir xəstə inəyi kəndliyə 2500 manata sırıyan Nazirliyin ÖZÜNÜMƏŞĞULLUQ BİZNESİ - İFŞAEDİCİ VİDEO

Bir xəstə inəyi kəndliyə 2500 manata sırıyan Nazirliyin ÖZÜNÜMƏŞĞULLUQ BİZNESİ - İFŞAEDİCİ VİDEO

Bir xəstə inəyi kəndliyə 2500 manata sırıyan Nazirliyin ÖZÜNÜMƏŞĞULLUQ BİZNESİ - İFŞAEDİCİ VİDEO

Bir xəstə inəyi kəndliyə 2500 manata sırıyan Nazirliyin ÖZÜNÜMƏŞĞULLUQ BİZNESİ - İFŞAEDİCİ VİDEO

Bir xəstə inəyi kəndliyə 2500 manata sırıyan Nazirliyin ÖZÜNÜMƏŞĞULLUQ BİZNESİ - İFŞAEDİCİ VİDEO






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 164