Yerə asteroid yaxınlaşır: toqquşma riski varbackend

Yerə asteroid yaxınlaşır: toqquşma riski var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018XB4 asteroidinin planetimizlə toqquşma riski artıb.

İnterpress.az-ın məlumatına görə, Avropa Kosmik Agentliyi nəzdində fəaliyyət göstərən Yerətrafı obyektlərin müşahidəsi üzrə koordinasiya mərkəzinin mütəxəssisləri belə bir nəticəyə gəlib.

Onların proqnozuna görə, təxminən 70 metr diametrli asteroid 2092-ci ildə Yer planetinə düşə bilər. Alimlər bu riskin 1/7000 əmsalında (yeddi minə bir şans) olduğunu bildirir.

Yer planetinə təhlükə səviyyəsi baxımından 2018XB4 asteroidi beşinci kosmik obyekt sayılır.

Bundan əvvəl Peterburq Dövlət Universitetinin alimləri “Apofis” asteroidinin 2068-ci ildə Yerlə toqquşa biləcəyi ehtimalını irəli sürmüşdü. Bundan əvvəl isə həmin obyektin 2029-cu ilin aprel ayında Yerə təhlükəli məsafəyə qədər yaxınlaşacağı (38 min kilometr) proqnozlaşdırılır.