Qubada çaya düşən fəhlənin axtarışlarına əlavə qüvvələr cəlb edilibbackend

Qubada çaya düşən fəhlənin axtarışlarına əlavə qüvvələr cəlb edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində suya düşən 1 nəfərin axtarışları davam etdirilir.

FHN-dən İnterpress.az-a verilən məlumata görə, axtarışlara Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

İnterpress.az