Sərhədi pozan 2 nəfər həbs edildi – 4 nəfər qaçıbbackend

Sərhədi pozan 2 nəfər həbs edildi – 4 nəfər qaçıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlərdə dövlət sərhədinin etibarlı mühafizəsi və nar­kotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Döv­lət Sərhəd Xidməti (DSX) tərəfindən bir sıra uğurlu əməliyyatlar keçiril­ib, 21 kq 775 qram narkotik vasi­tənin, 261 ədəd psixotop həb və 175 ml narkotik tərkibli məhlulun dövlət sərhədindən qaçaqmal qismində qanunsuz keçi­ril­məsinin qarşısı alınıb, bu cinayət əməllərinin iştirakçısı olan 2 nəfər şəxs həbs olunaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

DSX-dən İnterpress.az-a verilən məlumata görə, 3 halda İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 4 nəfər naməlum şəxsin qarşısı alın­ıb, sərhəd pozucuları sər­həd naryadlarının qanuni əmrlərinə ta­be olmayıb və qaçaqmalı sərhəd­boyu zolaqda ataraq geri qaç­ıblar.

3 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­ları­nın \”Lənkəran\” sərhəd dəstəsinin Astara ra­yonunun Alaşa kən­di yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nə­fər naməlum şəxsin hərə­kəti müşahidə olunub və \”dayan\” əmri verilib. Sərhəd po­zucusu əlindəki bağ­lamaları əraziyə ataraq geriyə qaçıb. Ərazidə aşkar olun­muş 4 ədəd bağla­mada 3 kq 80 qram \”kokos\”, 1 kq 55 qram \”tir­yək\”, 105 qram \”mari­xuana\”, həm­çinin 190 ədəd \”tramol 225\” mar­kalı həb, 175 ml \”mydrax\” mar­kalı narkotik tərkibli məhlul aş­kar edilərək götü­rül­üb.

4 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunla­rı­nın \”Horadiz\” sərhəd dəstəsinin Beyləqan ra­yo­nunun 2-ci Şah­sevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin qarşısı sərhəd nar­yadı tərə­findən alınıb. Sərhəd naryadı \”dayan\” əmri verərək havaya xəbərdarlıq atəşi açıb, sərhəd pozucusu tabe olmayıb, əlin­dəki bağlamanı əraziyə ataraq geri qaçıb. Bağlamada 10 kq 115 qr \”heroin\” narkotik vasitəsi və 1 ədəd \”Bloԝ 2003 mini\” markalı tapança aşkar edilərək götürülüb.

4 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunla­rının \”Horadiz\” sərhəd dəstəsinin Füzuli rayo­nunun Böyük Bəh­mənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahə­sində 2 nəfər naməlum şəxsin hərə­kətini aşkar edən sərhəd nar­yadı tə­rə­findən \”dayan\” əmri verilib, lakin sərhəd pozu­cuları tabe olma­yaraq geriyə qaç­ıblar. Ərazi dərhal qapa­dılaraq axta­rış tədbirləri keçirilib, nəticədə 2 ədəd çantanın içərisində 6 kq 670 qr \”ko­kos\”, 390 qr kristal şəklində narkotik maddə olan \”he­roin\”, 360 qr \”mari­xuana\” və 71 ədəd \”psixotrop həb\” aşkar edi­lərək götürül­üb.

Narkotik vasitələrin sifarişçilərinin müəyyənləşdirilməsi və ci­na­yət mə­suliy­yətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əmək­daşları tərəfindən keçirilmiş əməliyyat-axtarış təd­bir­ləri nəticəsində 2 nəfər Azərbaycan Respublikasının vətən­daş­ı Füzuli rayonunun Böyük-Bəhmənli kənd sakinləri 1976-cı il təvəllüdlü Həsənov Seymur İbiş oğlu və 1977-ci il təvəllüdlü İs­mayılov Ramil Ulduz oğlu saxlanılıblar.

Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İnterpress.az