Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Balakəndə iki qardaş yol qəzasına düşdü - biri öldü

Balakəndə iki qardaş yol qəzasına düşüb, biri ölüb, digəri yaralanıb.

Dərc edilib: 9 fevral 2019 [10:31]
Baxış sayı: 12223

Balakən rayonunda yol qəzasına düşən iki qardaşdan biri ölüb, digəri xəstəxanaya yerləşdirilib.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, hadisə fevralın 8-dən 9-a keçən gecə şəhərin Tülü dairəsi adlanan ərazisində baş verib.

Qəza nəticəsində 1994-cü il təvəllüdlü Elton Azad oğlu Hacıyev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Eltonun kiçik qardaşı, 1997-ci il təvəllüdlü Məftun Hacıyev isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 147