Prezident Yaqub Mahmudovla bağlı sərəncam imzaladıbackend

Prezident Yaqub Mahmudovla bağlı sərəncam imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik, deputat Yaqub Mahmudovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

İnterpress.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mikayıl oğlu Mahmudov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Y.Mahmudov 1939-cu ilin fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub.

İnterpress.az