Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib

Prezident İlham Əliyev fevralın 11-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

Dərc edilib: 11 fevral 2019 [15:43]
Baxış sayı: 1736

İnterpress.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Niderland arasında kənd təsərrüfatı, bərpa olunan enerji, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb, Azərbaycanda yaradılan nəqliyyat infrastrukturunun, xüsusilə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi vurğulanıb.Söhbət zamanı Azərbaycan-Avropa əməkdaşlığına toxunulub, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub.

Rene Van der Linden Azərbaycanın sabit bir ölkə kimi regionda çox nuhum bir dövlət olmasının əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusi qeyd olunub, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 83