“Ya Qarabağ, Ya Ölüm” deyən ozan Arif vəfat etdibackend

“Ya Qarabağ, Ya Ölüm” deyən ozan Arif vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, sənətçi müalicə olunduğu Samsun Ondokuz Mayıs Universitetinin tibb fakültəsinin xəstəxanasında dünyasını dəyişib.

Türkiyə aşıq şeirinin nümayəndələrindən biri olan Ozan Arif Azərbaycanda “Ya Qarabağ, Ya Ölüm” şeirinə görə tanınıb. O, bu şeiri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və Dağlıq Qarabağ, eləcə də, ətraf rayonlarının işğalına həsr edib. Şeir 1992-ci ildə yazılıb.

Uşaqlıqdan Azərbaycana məhəbbət bəsləyən şair 19 yaşında Azərbaycan haqqında Ordu şəhərində bu misraları yazıb:

Madımak toplayıp yesem o anda,
Yola revan olsam aynı zamanda,
Bir gece misafir Azerbaycan\’da,
Kalmadan ölürsem, ona yanarım.