YAP-ın qərargahında qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib (FOTO)backend

YAP-ın qərargahında qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trend-in məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova, YAP icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və QHT təmsilçiləri iştirak ediblər.

Tədbirdə sosial mediada təhqirlərin və digər bu kimi xoşagəlməz halların qarşısının alınması yollarının tapılması istiqamətində müzakirələr aparılıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, bu gün dünyanın yaratdığı texnoloji yenilik ciddi problemə çevrilib: \”İnternetdə təhqirlər, mənəvi terror cəmiyyət üçün ciddi problem yaradır. Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarını təmin edən bütün qanunverici əsaslar var və beynəlxalq təşkilatların standartlarına uyğundur. Lakin qanunlar internetdə baş verən bu eybəcərliklərin qarşısını almaqda acizdir. Biz qanunlara hər hansı məhdudlaşdırıcı maddələr əlavə etmək niyyətində deyilik. Bu problemin qarşısını almaq üçün mübarizə yolları tapmalıyıq”.

Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, sosial şəbəkələr vasitəsilə milli mənəvi dəyərlərimiz mənəvi terrora məruz qalır: “Sosial şəbəkələrdə dövlət, hakimiyyət orqanlarını gözdən salmağa çalışırlar. Bunu düşünülmüş siyasi məqsədlərlə edirlər. Sosial şəbəkələrdə söyüş adi hala çevrilib. Müzakirələr aparmalıyıq və elə bir yol tapmalıyıq ki, insanlar söyüşə məruz qalmasın”.

Digər çıxışçılar da sosial şəbəkənin yaratdığı mənfi təzahürlərdən danışıblar və bu istiqamətdə maarifləndirmə işinin gücləndiriməsinin vacibliyini vurğulayıblar.