Vüsalə Mahirqızı yeni agentlik yaradır? (AÇIQLAMA)backend

Vüsalə Mahirqızı yeni agentlik yaradır? (AÇIQLAMA)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, ONA.Az domeni ilə fəaliyyət göstərəcək yeni İnformasiya Agentliyinin işçi heyəti əsasən \”APA Holdinq\”in keçmiş kollektivi əsasında qurulacaq.

Yeni domen \”APA-Holdinq\”in keçmiş işçisi Zaur Xəlilovun adına artıq qeydiyyatdan keçib.

Holdinqin sabiq işçilərindən biri demokrat.az-a açıqlamasında yeni informasiya agentliyinin açılmaqda olduğunu və artıq onlara işə çıxmaları ilə bağlı tapşırıq gəldiyini təsdiqləyib.

Amma V.Mahirqızı demokrat.az-a açıqlamasında xəbərin doğru olmadığını söyləyib.

O, \”APA Holdinq\” fəaliyyətini bərpa edəcəyi barədə xəbərin səhv olduğunu deyib:

\”Hazırda bizim fəaliyyətimiz var, ancaq bu media sahəsində deyil. \”APA Holdinq\”-in bərpa olunacağı barədə xəbərlər səhvdir\”.