backend

Ərdoğan və Putin arasında görüş başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TRT xəbər verir ki, görüşdə tərəflər başlıca olaraq Suriyanın İdlib əyalətindəki vəziyyəti müzakirə edib.

“Ankara Suriyada təhlükəsiz zonaların yaradılması ideyasını dəstəkləyir, çünki belə zonalar bizim təhlükəsizliklə bağlı narahatlıqlarımızın aradan qaldırılmasına xidmət edir. Biz Rusiyanın bu ideyaya pozitivi yanaşmalarından razıyıq. PYD və YPG qüvvələri Mənbicdən və Fərat çayının şərqindən qovulmayınca, Suriyanın ərazi bütövlüyünü təmin etmək mümkün olmayacaq”, – deyə Ərdoğan bildirib.

Vladimir Putin öz növbəsində Türkiyə ilə əməkdaşlığın Suriyadakı münaqişə tərəfləri arasında dialoqa təkan verəcəyinə əmin olduğunu söyləyib.

“Biz aktiv, hərtərəfli iş və konsensus yolu ilə Suriyadakı məqsədlərimizə çata bilərik. Türkiyə ilə birlikdə gördüyümüz işlərin sayəsində Suriyada müəyyən irəliləyişə nail olmuşuq”, – deyə Putin vurğulayıb.

14:58

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin arasında Soçi şəhərində görüş başlayıb.

Bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.

Bundan əvvəl isə Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə görüşüb.