Azərbaycanlı kişi Rusiyadan qovuldu, arvadının soyadı ilə yenə qayıtdıbackend

Azərbaycanlı kişi Rusiyadan qovuldu, arvadının soyadı ilə yenə qayıtdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bununla bağlı “Nevskiye Novosti” portalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Araşdırmalar zamanı Əsədov soyadlı 34 yaşlı azərbaycanlının ötən il Rusiyadan deportasiya edildiyi və bu ölkə ərazisinə girişinə beş illik qadağa qoyulduğu aydınlaşıb.

Bildirilib ki, Əsədov həmin şəxsin əsl soyadı deyil. Musayev soyadlı kişi Rusiya ərazisinə daxil olmaq üçün həyat yoldaşının soyadını qəbul edib.

Onunla yanaşı, dostu, 1993-cü il təvəllüdlü digər azərbaycanlı Qəhrəmanov da saxlanılıb. Üzərinə baxış zamanı ondan “Qlok” markalı tapança və 15 güllə aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb. Qəhrəmanov həbs edilib. Əsədov isə deportasiya edilməsi üçün müvəqqəti saxlama təcridxanasına göndərilib.