Aqil Acalov:”Azərbaycan və çeçen xalqlarının əlaqələri tarixlə sınanmışdır və nümunəvi xarakter daşıyır.”backend

Aqil Acalov:”Azərbaycan və çeçen xalqlarının əlaqələri tarixlə sınanmışdır və nümunəvi xarakter daşıyır.”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Əziz və dəyərli azərbaycanlı və çeçen müsəlman dostlar, qardaş və bacılar!
Azərbaycan və Çeçenistanı bir-birinə tarixi, uzunmüddətli və daimi dostluq və əməkdaşlıq əlaqələri bağlayır.
Moskvada baş vermiş insident, Rusiyada yaşayan iki nüfuzlu qardaş xalqın arasını vurmaq, və bununla da millətlərarası qarşıdurma yaratmaq cəhdi idi. Buna yol vermək olmaz! Çünki biz, Qafqaz adlı vahid, rahat və isti evdə yaşayan, bu böyük sivilizasiyanın və mədəniyyətin, iki xalqın qardaşlıq və dostluq əlaqələrinin varisləyirik.
Azərbaycan və çeçen xalqlarının əlaqələri tarixlə sınanmışdır və nümunəvi xarakter daşıyır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun şəxsi dostluq münasibətləri və onların ötən ilin sonunda baş tutmuş görüşlərində bildirdikləri fikirlər bunun bariz nümunəsidir.
Ümumilikdə, azərbaycanlılar, bütün qafqaz xalqlarının əsrlər boyu formalaşmış tarixini və dəyərlərini yüksək qiymətləndirir və hər zaman onları müdafiə etməyə çalışırlar.\”