Rus avanqard rəssamların nadir əsərləri Bakıdabackend

Rus avanqard rəssamların nadir əsərləri Bakıda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzdən verilən məlumata görə, ekspozisiyada Rusiyanın 17 şəhərindəki regional muzeylərdən toplanmış nadir avanqard kolleksiya nümayiş olunur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək sərgi ilə bağlı fikirlərini bölüşüb. Azərbaycanın mədəni həyatında bir çox tədbirlərin keçirildiyini deyən Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Mərkəzi ənənəvi olaraq bu cür tədbirlərin təşkil edildiyi məkana çevrilib. Burada keçirilən tədbirlər hər zaman yüksək qiymətləndirilir. Bu layihənin üzərində uzun zamandır iş aparıldığını deyən direktor sərginin ərsəyə gəlməsindən məmnunluğunu bildirib.

O, sərginin ölkəmizdə ilk dəfə keçirildiyini diqqətə çatdıraraq layihənin reallaşmasında göstərdikləri dəstəyə görə Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.

Sərginin fevralda açılmasının təsadüfi olmadığını vurğulayan Anar Ələkbərov bildirib ki, bu ay tanınmış avanqard klassiki, sərgidə əsərləri nümayiş olunan Kazimir Maleviçin anadan olmasının 140 illik yubileyi qeyd edilir.

Qonaqlar sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.

Ekspozisiya Heydər Əliyev Mərkəzində mayın 5-dək açıq olacaq.