Səudiyyə vəliəhdi 2 mindən çox pakistanlı məhbusu azad etdibackend

Səudiyyə vəliəhdi 2 mindən çox pakistanlı məhbusu azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Pakistanın xarici işlər naziri Şahmahmud Qureyşi bəyan edib.

O bildirib ki, vəliəhd şahzadə bu addımı Pakistan baş nazirinin tələbi əsasında atıb.

“Vəliəhd şahzadə pakistanlı 2 min 107 məhkumun dərhal sərbəst buraxılmasına qərar verdi. Yerdə qalan məhkumların işlərinə isə yenidən baxılacaq. Pakistan xalqı baş nazir İmran xanın tələbinə dərhal cavab verdiyi üçün zati-alilərinə təşəkkür edir” – Qureyşi vurğulayıb.

Azvision.az xatırladır ki, Məhəmməd bin Salmanla görüşündə Pakistanın baş naziri İmran xan pakistanlı hacıların Səudiyyəyə ziyarətləri üçün viza verilməsi prosedurunun asanlaşdırılmasını və Səudiyyə Ərəbistanında həbsdə olan 3 mindən çox pakistanlının azad edilməsini tələb edib.