“Bağışlamaq səlahiyyəti uca Allaha və prezidentə məxsusdur” – Siyavuş Novruzovbackend

“Bağışlamaq səlahiyyəti uca Allaha və prezidentə məxsusdur” – Siyavuş Novruzov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki , bu fikirləri Yenicag.az-a açıqlamasında yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun ötən həftəsonu Bakıya gəlişinə münasibət bildirən hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzovun sözlərinə görə, Azərbaycan hakimiyyəti öz fəaliyyətində hər zaman humanizm prinsiplərini rəhbər tutub:
“Qeyd edim ki, Azərbaycan hakimiyyəti həm Ümummilli liderimiz Heydər Əliyevin dövründə, həm də cənab prezident İlham Əliyevin fəaliyyəti dönəmində hər zaman humanizm prinsiplərini rəhbər tutub. Ötən dövr ərzində qəbul edilən əfv və amnistiya haqqında çoxsaylı qərarlar buna sübutdur.

Rüstəm İbrahimbəyovun Bakıya gəlişi də bu kontekstdə qiymətləndirilməlidir. Bağışlamaq səlahiyyəti uca Allaha və cənab Prezidentə məxsusdur. Konstitusiya dövlət başçısına belə bir səlahiyyət verir.

Hesab edirəm ki, xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərənlərin hamısının bu hadisədən nümunə götürmələri lazımdır”.

Xatırladaq ki, Azərbaycan hakimiyyətinə qarşı müxalifətə keçən Rüstəm İbrahimbəyov, 2013-cü il prezident seçkilərində Milli Şuranın vahid namizədi elan edilsə də, ikili vətəndaşlıq səbəbindən seçkilərə qatıla bilməmişdi.

Onun Bakıya səfəri və özünün 80 illik yubileyini paytaxtda təmtəraqla qeyd etməsi yazıçı-dramaturqun Azərbaycan hakimiyyəti ilə arasındakı problemi aradan qaldırdığını göstərir.