Bakıda “Porsche” ilə dəhşətli qəza törədən kimdir? – Ölənin adı BİLİNDİbackend

Bakıda “Porsche” ilə dəhşətli qəza törədən kimdir? – Ölənin adı BİLİNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

İnterpress Publika.az-a istinadən məlumat verir ki, 1984-cü il təvəllüdlü Abbasov Fərdi Həsənağa oğlu idarə etdiyi “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Qala qəsəbəsi ərazisində – Mərdəkan istiqamətində hərəkət edən ya gedən yolda 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib. İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib. O da məlum olub ki, hadisəni törədən Abbasov Fərdi Həsənağa oğlu şirkətlərdən birində sürücü işləyir və avtomobil ona məxsus deyil.

*****

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Xəzər rayonu Qala qəsəbəsi ərazisində – Pirallahıya gedən yolda “Porsche” markalı minik avtomobil yolu keçən qadını vurub. Zərbənin gücündən xeyli kənara düşən 40-45 yaşlı qadın hadisə yerində ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İnterpress