Ucarda ev yanıbbackend

Ucarda ev yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucar rayonunda fərdi yaşayış evində yanğın söndürülüb.

İnterpress.az Report-a istinadən məlumat verir ki, hadisə üç bir-birinə bitişik ikimərtəbəli yaşayış evlərindən birində qeydə alınıb.

Hadisə yerinə üç yanğınsöndürən maşın və 20-yə yaxın canlı qüvvə cəlb olunub.

Yanğın zamanı evdə köməksiz vəziyyətdə qalan ev sahibinin uşaqları təhlükəsiz əraziyə təxliyyə edilib.

Alovun digər evlərə keçməsinin qarşısı alınıb.

*** 16:46

Ucar rayonunda fərdi yaşayış evində yanğın olub.

İnterpress.az Report-a istinadən məlumat verir ki, yanğın Ucar şəhərinin N.Nərimanov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verib.

Belə ki, rayon sakini Nofər Sehran oğlu Həsənova məxsus ikimərtəbəli ev əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az