Bakıda 55 yaşlı piyada vuruldubackend

Bakıda 55 yaşlı piyada vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda avtomobil yaşlı kişini vurub.

İnterpress.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Nobel prospektində qeydə alınıb. 1964-cü il təvəllüdlü Canıyev Elşən Züfüqar oğlu \”Hyundai\” markalı avtomobil tərəfindən vurulub.

Ətrafdakı şəxslərin və yol polisi əməkdaşlarının köməyi ilə hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb. Müxtəlif xəsarətlər alan şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, E.Canıyev saat 16:00 radələrində xəstəxanaya gətirilib. Onun sağ diz qapağı sındığından dərhal ayağı gipsə qoyulub. Vəziyyəti yaxşılaşan şəxs evdə müalicə almaq istədiyindən ambulator yola salınıb.

İnterpress.az