Xorvatiya millisinin müdafiəçisi Azərbaycan yığmasına qarşı hər iki oyunu buraxacaqbackend

Xorvatiya millisinin müdafiəçisi Azərbaycan yığmasına qarşı hər iki oyunu buraxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorvatiya milli komandasının futbolçusu Şime Vrsalko AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasına qarşı hər iki oyunu buraxacaq.

İnterPress.az Report-a istinadən xəbər verir ki, əməliyyat olunan 28 yaşlı müdafiəçi yaşıl meydanlara qayıdacağı vaxtı açıqlayıb.

O, zədəsinin bərpa müddətinin 8-10 ay çəkəcəyini bildirib: \”Bu mənim keçirdiyim əməliyyat üçün normal müddətdir. Hər şey yaxşı oldu və bu çox önəmli şeydir\”.

Oyunçu yüz faiz hazır olana qədər yaşıl meydanlara qayıtmayacağını bildirib.: \”Məqsədim daha yaxşı formada futbola qayıtmaqdır. Tələsmirəm və hər zamankından daha güclü olacağam\”.

Hazırda icarə əsasında İtaliya \”İnter\”ində çıxış edən futbolçunun yayda yenidən İspaniya \”Atletiko\”suna qayıdışı gözlənilir.

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmaları ilə birgə E qrupunda mübarizə aparacaq. Yığma Xorvatiya ilə martın 21-də səfərdə, sentyabrın 9-da isə evdə qarşılaşacaq.

İnterPress.az