Bakıda xəsarətlə nəticələnən yol qəzası baş veribbackend

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Tbilisi prospektində Nəqliyyat Nazirliyinin yanında qeydə alınıb. Prospektlə “20 Yanvar” dairəsi istiqamətində yüksək sürətlə hərəkətdə olan \”Opel\” markalı avtomobil qəflətən yoldan çıxaraq iki yol arasındakı dirəyə çırpılıb. Daha sonra isə, qarşı yola keçərək \”VAZ 2107\” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 8 nəfər: 50 yaşlı Hümbət Hüseynov, 29 yaşlı Elməddin Şabanov, 30 yaşlı Sərhət Nəbiyev, 27 yaşlı Rəvan Əbilov, 24 yaşlı İlham Həsənov, 28 yaşlı Zaur İsmayılov, 33 yaşlı Tehran Baqişov və şəxsiyyəti hələlik məlum olmayan bir nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Onlardan 3-ü reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları gəliblər, müvafiq ekspertizalar təyin olunub. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır (apa).

İnterpress.az