Qarlı hava beş qəzaya səbəb oldu – VİDEObackend

Qarlı hava beş qəzaya səbəb oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanı rayonu, Günəşli qəsəbəsindən Babək prospektinə gedən istiqamətdə beş yol-nəqliyyat hadisəsi baş verib.

İnterPress.az-ın məlumatına görə, hadisələrdən biri “Qəbiristanlıq yolu” adlanan ərazidə qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil ağ rəngli “Chevrolet Aveo” markalı avtomobilə çırpılıb.

Yolun sağ tərəfində isə iki “Mersedes” markalı avtomobil qəza törədib.

Bir qədər irəlidə “Opel Astra” markalı avtomobil əzilib.

Qəza hava şəraiti ilə əlaqədar yolların sürüşkən olması və sürət həddi ilə əlaqələndirilir.

İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan və ölən olmayıb.

İnterPress.az