Sumqayıt sakini qətlə yetirilibbackend

Sumqayıt sakini qətlə yetirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 18-də saat 21:00 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini A.Seyidov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib, ancaq həkimlərin səyinə baxmayaraq, o vəfat edib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu barədə şəhər Polis İdarəsinə məlumat daxil olub.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş B.Həsənov saxlanılıb.

İnterPress.az