“Lion”un prezidenti: “Messini soyuqdəymə tutsa, bizim üçün yaxşı olacaq”backend

“Lion”un prezidenti: “Messini soyuqdəymə tutsa, bizim üçün yaxşı olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın “Lion” klubunun prezidenti Jan-Mişel Ola UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniyanın “Barselona” komandasına qarşı evdə keçirəcəkləri ilk oyun ərəfəsində maraqlı açıqlama verib.

İnterPress.az-ın məlumatına görə, 70 yaşlı funksioner “Daily Express”ə rəqibin lideri və kapitanı Lionel Messinin soyuqəymə tutacağı təqdirdə, onlar üçün yaxşı olacağını söyləyib: “2004-cü ildə Kriştianu Ronaldulu “Mançester Yunayted”ə qarşı oynamışıq, portuqaliyalı raket kimi idi. Həmçinin Devid Bekhem və Lionel Messi kimi oğlanlarla qarşılaşmışıq. Hərçənd, argentinalı hücumçu bizə qarşı elə də yaxşı təsir bağışlamayıb. Bu tendensiyanın davam edəcəyinə ümid bəsləyirik. Leonu soyuqdəymə tutsa, bizim üçün yaxşı olacaq”.

Qeyd edək ki, bu gün keçiriləcək “Lion” – “Barselona” oyunu Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.(report)

İnterPress.az