Bakıda silah gəzdirən Masallı sakini tutuldu – FOTObackend

Bakıda silah gəzdirən Masallı sakini tutuldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat həyata keçirilib.

İnterPrress.az xəbər ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həyata keçirilən əməliyyat nəticəsində Masallı rayon sakini Emin Sadıqov polislər tərəfindən şübhəli şəxs qismində Atatürk prospektində saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı Belçika istehsalı olan “Browning” markalı tapança və həmin silaha məxsus 3 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakıda silah gəzdirən Masallı sakini tutuldu - FOTO

b]İnterPrress.az[/b]