Kürdəmirdə yol qəzası baş veribbackend

Kürdəmirdə yol qəzası baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir rayonunda yol qəzası baş verib.

İnterPress.az-ın məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Kürdəmir şəhər sakini, 1961-ci il təvəllüdlü Zeynal Qəhrəman oğlu Xəlilov idarə etdiyi \”VAZ-21015\” markalı avtomobillə hərəkətdə olarkən onun qarşısında dönmə əməliyyatını yerinə yetirən 1962-ci il təvəllüdlü Qabil Mədət oğlu Mirzəliyevin idarə etdiyi \”QAZ-31\” markalı avtomobillə toqquşub. Xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.(report)

İnterPress.az