Azərbaycanda külək enerjisi istehsalı 8 dəfəyə yaxın artıbbackend

Azərbaycanda külək enerjisi istehsalı 8 dəfəyə yaxın artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar ayında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 181,9 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

İnterPress.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% çoxdur.

Son 1 ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 8,1% artaraq 24,6 mln. manat təşkil edib.

Ay ərzində Azərbaycanda 2 185,3 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 0,6% çoxdur.

Bunun 98,2 min kVt/saatı su elektrik stansiyalarının istehsalının (6,1% az), 1 996,3 kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalının (1% çox) payına düşüb.

Yanvar ayında Azərbaycanda 11,4 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da illik müqayisədə 7,6 dəfə çox, 2,4 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da illik müqayisədə 26,3% azdır.

İnterPress.az